“Mura”ya məğlubiyyət: Biabırçılığın 9 günahkarı cəzalandı
28.07.2012 - 09:31
Bolqarıstan MOİK-i heyətində islahatlar aparmağa qərar verib. Apasport.az saytının məlumatına görə, buna səbəb Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırmaqdır.
Sloveniyanın “Mura” klubuna məğlubiyyəti biabırçılıq kimi qəbul edən klub rəhbərliyi 9 futbolçunu komandadan qovmağa qərar verib. Onlar qeyri-peşəkarlıq və meydanda fədakarlıq etməməkdə günahlandırılır. Komandadan qovulan 9 futbolçudan yalnız kapitanın bəxti az-çox gətirib. Təcrübəli Todor Yançevə məşqçilər korpusunda çalışmaq təklifi olunub.
Qeyd edək ki, MOİK evdə buraxdığı qol (0:0, 1:1) üzündən “Mura”ya məğlub olub. Sloveniyalılar bundan əvvəlki mərhələdə Azərbaycan kubokunun qalibi “Bakı”nı mübarizədən kənarlaşdırmışdılar – 0:0, 2:0.

0
0