“Azərbaycanda futbol yalnız indi yüksəlməyə başlayıb”
28.07.2012 - 10:36
“Azərbaycanda təyyarədən düşən kimi, güclü isti ilə qarşılaşdıq. Çox isti idi. Lap hamam kimi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna futbolunun veteranı Aleksandr Qranovski deyib.
Vətənində müsahibə verən “Krivbass”ın əvəzedici komandasının baş məşqçisi futbolçu günlərini xatırlayıb. O, 1999/2000 mövsümünün UEFA kubokunda “Şəmkir”lə qarşılaşmalardan da bəhs edib: “İsti havaya baxmayaraq, “Şəmkir”ə 2 qol vurduq. İlk oyunda isə 3:0 hesablı qələbə qazanmışdıq. Həmin vaxt “Şəmkir”lə oyunlar öncəsi heç bir gərginlik yox idi. Bilirdik ki, Azərbaycan təmsilçisindən aşkar güclüyük və mərhələni keçməliyik. Belə də alındı. Rəqib bizi heç nə ilə təəccübləndirə də bilmədi. O vaxtlar Azərbaycan futbolu Ukrayna ilə heç cür müqayisə oluna bilməzdi. Orada futbol yalnız indi yüksəlməyə başlayıb”.

0
0