“Bakı”dan yunanıstanlı hücumçuya yarım milyonluq təklif
28.07.2012 - 11:56
Yunanıstan millisinin futbolçusu Vanqelis Mantsios karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, OFİ klubunun 29 yaşlı hücumçusu təmsilçilərimizdən birindən təklif alıb.
Mantsios adını açıqlamadığı komandamızın heyətində ilə 500 min avro qazana bilər. Belə ki, Azərbaycan klubu ildə 150 min təklif etdiyi hücumçu üçün mükafat da vəd edib. Onun çempionluq üçün 150, kubok üçün 50 min avro əldə etməsi mümkündür. Mükafatlarla bağlı çoxsaylı bəndlər nəzərə alınmaqla, hücumçu maksimum yarım milyon əldə edə bilər.
Yunan həmkarlarımızın fikrincə, onu almaq istəyən klub “Bakı”dır. Belə ki, klubun baş məşqçisi Bojidar Bandoviç Yunanıstanda işlədiyi vaxtdan futbolçuya yaxşı bələddir.
Qeyd edək ki, vətənində “Panionios”, “Panatinaikos”, Kiprin “Anartosis”, Portuqaliyada “Maritimo”, Almaniyada “Ayntraxt” klublarında oynamış Mantsios Yunanıstan yığmasında 8 oyun keçirib.

0
0