Emin Abbasov: “Neftçi” fəaliyyətimizi həmişə qərəzli sayıb - MÜSAHİBƏ
28.07.2012 - 12:09
Son illər telekanallarımızda yayımlanan futbol verilişləri arasında xüsusi yer tutan “Futbol saatı” bir neçə ay əvvəl müəmmalı şəkildə fəaliyyətini dayandırdı. Hətta verilişin daha olmayacağını da deyənlər var idi. Əldə etdiyimiz məlumata görə, “Futbol saatı” iyulun 30-dan yenidən işinə başlayır. Məlumatı dəqiqləşdirmək üçün verilişin aparıcısı Emin Abbasovla əlaqə saxladıq. Söhbət əsnasında öyrəndik ki, Emin daha “Futbol saatı”nda olmayacaq.
- “Futbol saatı”ndan çıxarılmağın sənin üçün gözlənilməz oldu?
- Yox, bunun əvvəl-axır baş verəcəyini bilirdim. Mən məzuniyyətdə olduğum zaman iclas keçirilib və belə qərar verilib.
- Səbəbini necə izah etdilər?
- Heç nə demədilər, mən də soruşmadım. Ötən mövsüm format dəyişəndə verilişə çıxmaqdan imtina etmişdim. Hətta bir neçə gün işə gəlməmişdim. Artıq o zaman bilirdim ki, bir daha verilişə qayıtmağım real deyil.
- Bəs, indi necə olacaq?
- Veriliş ənənəvi formatda olacaq – aparıcı və 3 qonaq. Verilişin aparıcısı Sənan Abdullayev olacaq. Sənan çox istedadlı, zəhmətkəş və vicdanlı insandı. O, mənim yaxın dostumdu. Əlimdən gələn hər şey edəcəm ki, veriliş baxımlı olsun. Maraqlı sujetlər hazırlayacam, təkliflər irəli sürəcəm. İnşallah yaxşı alınar.
- Ötən mövsüm “Futbol saatı”nın gözlənilmədən fəaliyyətini dayandırması ilə bağlı müxtəlif fikirlər səsləndi. O vaxt nə baş verdiyini dəqiq bilirsən?
- Məndə olan məlumata görə, verilişin bağlanmasında Sadıq Sadıqovun böyük rolu olub. Ancaq bunu necə sübut etmək olar? Sübüt etsəm, nə dəyişəcək ki? Bu məsələdə bəzi futbol adamları və bir neçə jurnalist də fəallıq göstərib. Onlar haqqında heç nə demək istəmirəm. Mənə daha çox pis təsir edən “Xəzər TV”nin daxilində baş verənlər idi. Süni şəkildə işimdə əngəllər yaradırdılar, hər şey edirdilər ki, veriliş günbəgün baxımsız olsun. Rəhbərliyin mənə qarşı belə münasibətini o vaxt da anlamırdım, indi də. Söhbətlərimiz zamanı da deyirdim ki, mənim varlığım sizə problem yaradırsa, dostcasına sağollaşıb gedə bilərəm. Amma məni inandırmağa çalışırdılar ki, hər şey qaydasındadı, problem yoxdur. Nə isə…
- Səncə, Sadıq Saqıqov nə üçün verilişi bağlatdıra bilərdi?
- “Neftçi” klubu bizim fəaliyyətimizi həmişə qərəzli hesab edib. Deyilənə görə, “Xəzər Lənkəran”a işlədiyimizi iddia edib, narazılıq bildiriblər. Desəm ki, Sadıq Sadıqov pis adamdı, düzgün olmaz. Bir vaxtlar yaxşı münasibətlərimiz olub və onun yaxşı əməllərini görmüşəm. Ancaq təzadlı insandı, bəzən tez qərar verir. Son illər əksər qalmaqallarda məhz “Neftçi”nin adı hallanıb. Özləri haqqında mənfi imic formalaşdırıblar. Futbol aləmində çox insanlarla münasibətləri pozulub. Elə çıxır ki, hamı pisdi, “Neftçi” yaxşı? “Nefçi” klubunda yaxşı bilirlər ki, son dava-dalaşdan sonra “Bakı”nın yaydığı bəyanatda deyilənlər həqiqət idi. Hamını qərəzli olmaqda ittiham etməkdənsə, tənqidləri qəbul edib, dəyişmək lazımdı. Ancaq klub rəhbərliyi ilə olan münasibətlərimiz “Neftçi”yə olan sevgimizi azalda bilməz. Bu klubda mənim qardaşlarım çıxış edirlər. İnşallah “Neftçi” bu mövsüm ya Çempionlar Liqası ya da ki Avroliqanın qrup mərhələsinə düşər. Uğurlar arzulayıram.
- İndi nə işlə məşğulsan?
- İdman xəbərlərinin aparıcısı kimi işimi davam etdirirəm. Dediyim kimi “Futbol saatı”nda Sənana kömək edəcəm. Bir neçə aydan sonra isə gələcəklə bağlı qərar verəcəm. Yəqin ki, “Xəzər TV”dən ayrılacam. Hər halda, üzərimdə əziyyətləri var. Getməli olsam, halallaşıb, dostcasına sağollaşıb gedəcəm (Fanat.az).

0
0