"Neftçi" İsraildən də uğurlu nəticə ilə qayıdacaq"
29.07.2012 - 12:51
"Neftçi" İsraildən də uğurlu nəticə ilə qayıdacaq"
"Səhhətimlə əlaqədar Rusiyada müalicə olunuram. İyulun 31-də cərrahiyyə əməliyyatı nəzərdə tutulub. İnanıram ki, tezliklə müalicəmi başa vurub komandanın yanına qayıdacam. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Çalışdırıcı klub saytına açıqlamasında sağlamlıq durumu haqda danışıb: Çempionlar Liqasındakı uğurlu çıxışımız məni çox sevindirdi. "Zestafoni" ilə oyundan sonra klub prezidenti Sadıq Sadıqov bu qələbəni mənə həsr etdiklərini demişdi. Belə diqqət və qayğını hiss etmək qürurvericidir. "Neftçi" ailəsinin bir üzvü olduğum üçün özümü xoşbəxt hesab edirəm. Özüm burda olsam da ürəyim komandanın yanındadır. İnanıram ki, "Neftçi" İsraildən də uğurlu nəticə ilə qayıdacaq. Azarkeşlərimizi, bütün Azərbaycan futbolsevərlərini komandamıza dəstək olmağa çağırıram".