“Bu mövsüm daha güclü kollektivimiz formalaşıb”
29.07.2012 - 13:00
“Bu mövsüm daha güclü kollektivimiz formalaşıb”
"Hazırda müalicəmi vətənimdə davam etdirirəm. İstəyirəm ki, tezliklə zədəmi sağaldıb komandanın sıralarına qayıdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” in futbolçusu Bahodir Nasimov deyib.

Özbəkistanlı hücumçu komandasının indiki durumu haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Sevinirəm ki, "Zestafoni" ilə oyunlarda uğurla çıxış etdik. Bu mövsüm daha güclü kollektivimiz formalaşıb. İnanıram ki, avrokuboklarda yolumuzu davam etdirəcəyik".