“Arsenal” Nuri Şahini 1 illiyə icarəyə götürdü
30.07.2012 - 08:42
“Arsenal” Nuri Şahini 1 illiyə icarəyə götürdü
Türkiyə milli komandasının futbolçusu Nuri Şahinin karyerasını harada davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının gənc yarımmüdafiəçisi İngiltərə Premyer Liqasında çıxış edəcək. Belə ki, “Arsenal” onu icarəyə götürməyi ispanlarla razılaşdırıb. Klublar 1 illik icarə müqavilə bağlamağı qərara alıb. Futbolçu ilə məsələni həll etməklə, keçid rəsmiləşəcək.