“İnter” Zirəyə getdi
30.07.2012 - 14:10
Avrokuboklarda çıxışını başa vuran “İnter” Premyer Liqanın I turunun hazırlıqlarına başlayır. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri “Qarabağ”a qarşı keçiriləcək oyunun hazırlığına başlamaq məqsədilə “Şəfa” stadionunda toplaşacaq. Bakılılar məşq keçmək üçün Zirə İdman Kompleksinin stadionuna gedəcək. Hazırlıq saat 20.00-da başlayacaq.
Qeyd edək ki, “İnter” - “Qarabağ” matçı avqustun 5-də baş tutacaq.
Qeyd edək ki, “İnter” - “Qarabağ” matçı avqustun 5-də baş tutacaq.
0
0