FİFA İspaniya yığmasını cəzalandıracaq
30.07.2012 - 15:28
FİFA İspaniya olimpiya yığmasını cəzalandıracaq. Apasport.az saytının məlumatına görə, bu ölkənin millisinin London Olimpiadasında qrupda qalmağı azmış kimi, ali futbol qurumunun sanksiyasına məruz qalacaq. Bu da ispan futbolçuların Hondurasa 0:1 hesabı ilə uduzduğu oyunda idmançıya yaraşmayan hərəkətləri ilə bağlıdır.
Belə ki, ispanlar həmin matçda 7 sarı vərəqə alıb və oyunun gedişində hakimə şikayət edərək, ondan daim rəqib qapısına penalti təyin etməyi tələb ediblər. Bundan əlavə, oyunun fasiləsində hər 2 yığmanın futbolçuları arasında qarışıqlıq düşüb. FİFA bütün bunlara görə ispanları cərimələməyi qərara alıb.

0
0