Azərbaycan – Bolqarıstan – 1:0. Avtoqol
30.07.2012 - 16:12
Azərbaycan idmançısı Valentin Xristovun London Yay Olimpiya Oyunlarında bürünc medal qazanması Bolqarıstanda birmənalı qarşılanmayıb. Apasport.az saytının məlumatına görə, 56 kq çəki dərəcəsində fərqlənən ağırlıqqaldıranın vətənində bu uğura həsədlə yanaşıblar.
Milliləşən legionerimizin 18 yaşında Olimpiya mükafatçısı olmasına belə münasibət isə həmkarlarımızın yazdığı 1 cümlədən aşkar hiss olunur: “Azərbaycan bolqarıstanlı atlet Valentin Xristovun uğuru sayəsində hesabına ilk medalı yazdısa, Bolqarıstan hələ də mükafat qazanmayıb”.
Bolqar həmkarlarımız ölkəmizin ilk medal qazanmasını idman dili ilə, daha çox futbola yaxın tərzdə də qiymətləndirib: “Avtoqol hesabına Azərbaycan – Bolqarıstan – 1:0”.
Qeyd edək ki, yığmamızın heyətində daha bir bolqar ağırlıqqaldıran Boyanka Kostova da Londonda mükafat qazana bilər.

0
0