“Hapoel” “Neftçi” ilə oyuna yeni hücumçu sifariş edəcək
30.07.2012 - 17:17
“Neftçi”nin Çempionlar Liqasında rəqibi olan İsrailin “Hapoel” klubu heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, komanda macarıstanlı hücumçu Laslo Mançanı transfer edib. Ölkəsinin çempionatından gələn 24 yaşlı futbolçu 1,80 metr boya malikdir. Laslo sabah İsrailə gələrək, tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq. Rəqib oyuna qədər yeni bir futbolçunu sifariş etmək hüququndan maksimum yararlanmaq fikrindədir.
Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində ilk oyununu avqustun 1-də səfərdə keçirəəck.
Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində ilk oyununu avqustun 1-də səfərdə keçirəəck.
0
0