“Simurq” Polşa yığmasının qapıçısı ilə müqavilə imzalayacaq
30.07.2012 - 17:34
"Simurq" Avstriyada təşkil olunmuş təlim-məşq toplanışında baxışa dəvət etdiyi futbolçulardan daha biri ilə ilkin razılıq əldə edib. Apasport.az-ın klubun rəsmi istinadən məlumatına görə, polşalı qapıçı David Petşkeviç sabah Bakıya gələrək tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. 24 yaşlı futbolçu Polşanın 19 yaşlılardan ibarət yığma komandasında da forma geyinib. Onun son klubu Çexiyanın "Banik Ostrava" klubu olub. "Simurq" sabah Davidlə yanaşı, müdafiəçi Dilavər Zrnanoviç və yarımmüdafiəçi Stjepan Poljakla da münasibətləri rəsmiləşdiriləcək.
0
0