“İnter” ilk 2 ev oyununu “Şəfa”da keçirə bilməyəcək
30.07.2012 - 18:42
Azərbaycanda 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında keçiriləcək dünya çempionunu qəbul edəcək stadionlardan “Şəfa”da rekonstruksiya işləri yekunlaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, simasını dəyişən stadionda plastik oturacaqlar yenilənib və əlavə VİP yerlər artırılıb.
Hazırda işlər demək olar başa çataraq, yalnız yeni süni örtüyünün yerləşdirilməsi və tamamlanmamış təmir işlərini yekunlaşdırmaq qalıb. Stadionun sərəncamında olduğu “İnter” klubunun əsaslı təmir departamentindən verilən məlumata görə, bütün rekonstruksiyası işləri sentyabrda dünya birinciliyinin başlanmasınadək tam yekunlaşdırılacaq.
Qeyd edək ki, “Şəfa”da aparılan təmir işləri ilə əlaqədar olaraq “İnter” çempionatın iki ev oyunu başqa arenada keçirəcək. Bu oyunların hansı stadionda keçirəcəyi yaxın günlərdə məlum olacaq.
Mənbə: inter.az

0
0