Yığmamızın braziliyalıları özlərinə klub tapdı - FOTO
01.08.2012 - 10:57
Yığmamızın braziliyalıları özlərinə klub tapdı - FOTO
Ukraynanın “Uraqan” klubunun müqaviləni uzatmamağa qərar verdiyi Azərbaycan yığmasının futzalçıları Serjao və Biro Jade özlərinə klub tapıb. Apasport.az saytının məlumatına görə, milliləşən braziliyalılar karyeralarını Azərbaycanda davam etdirəcək. Onların hər ikisi Naxçıvanın “Araz” komandasında çıxış edəcək. Legionerlər 2 illik fasilədən sonra yenidən Azərbaycan çempionunun şərəfini qoruyacaq.