“İnter” 772 pillə irəliləyib, “Qarabağ”ı kənarda qoydu
01.08.2012 - 13:47
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son illərdə ölkəmizin burada yeganə təmsilçisi olan “Qarabağ” bu dəfə sıralamada yer almayıb. Belə ki, Ağdam təmsilçisinin bu il avrokuboklarda çıxış etməməyi onu 434 iştirakçıdan ibarət siyahıdan kənarda qoyub.
“Qarabağ”ın əvəzinə “İnter” siyahıya daxil olub. Bu il Avroliqada məğlubiyyətsiz çıxış edən, oyun sonrası penaltilərlə uduzan bürünc mükafatçımız axırdan əvvəlki pillədə qərarlaşaraq, yalnız Maltanın “Valletta” klubunu qabaqlayır. Hesabında 60,5 xal olan “İnter” 1205-ci yerdən bura yüksələrək, 772 pillə irəliləyib.

0
0