“Simurq” legionerlərə nömrə payladı
01.08.2012 - 14:55
“Simurq” legionerlərə nömrə payladı
"Simurq" 3 futbolçunun keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, qapıçı David Petrzkieviç, müdafiəçi Dilavər Zrnanoviç və yarımmüdafiəçi Stjepan Polyak Zaqatala təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. Artıq doğma şəhərdə toplaşan “sarı-qaralar”ın düşərgəsinə qoşulan legionerlər bu gündən komanda ilə məşqlərə başlayacaq.

Artıq yeni futbolçuların hansı nömrə altında oynayacağı da dəqiqləşib. Polşalı qapıçı Petrzkieviç "Simurq"da 22 nömrəli formanı geyinəcək. Avstriyadakı təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərərək "Simurq"un heyətinə qatılan bosniyalı müdafiəçi Zrnanoviç 4 nömrəli forma ilə meydana çıxacaq. Xorvatiya yarımmüdafiəçi Polyak isə 14 nömrəli forma ilə mübarizə aparacaq.