“İnter” növbəti mövsümə Şüvəlanda başlayacaq
01.08.2012 - 15:06
“İnter” növbəti mövsümə Şüvəlanda başlayacaq
“İnter”in Premyer Liqada mübarizəyə hansı stadionda başlayacağı müəyyənləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” avqustun 5-də “Qarabağ”la ev oyununu “AZAL Arena”da keçirəcək. “İnter”in stadionu olan “Şəfa”da aparılan təmir işləri ilə əlaqədar 21-ci milli çempionata Şüvəlanda başlamalı olacaq. Komanda dünən orada məşq edib.

Qeyd edək ki, “Şəfa”da təmir işləri ölkəmizdə sentyabrın 22-də start götürəcək 17 yaşadək qızlar arasında yığma komandalar arasında dünya çempionatının başlanmağınadək yekunlaşacaq və orada final mərhələsinin bir neçə matçı olacaq.