“Bakı” Yunanıstan millisinin hücumçusunu transfer etdi
01.08.2012 - 15:40
"Bakı" növbəti transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan kubokunun son qalibi yunanıstanlı hücumçu Vangelis Mantsiosla 1 ilik müqavilə imzalayıb.
Mantsios peşəkar karyerasına “Panionios” da başlayıb. Orada 4 mövsüm (2001-2005) çıxış edən 29 yaşlı futbolçu 70 oyunda 15 qola imza atıb. 2005-ci ildə Yunanıstanın böyük klublarından biri olan “Panatinaikos”a keçən futbolçu 6 il (2011-ci ilə qədər icarə fasilələri ilə birlikdə) 68 oyun keçirib və 19 qol vurub.
Mantsios 2008-ci ildə Almaniyanın “Ayntraxt” (10 oyun, 1 qol), 2010-cu ildə Cənubi Kiprin “Anortosis” (14 oyun, 9 qol) və 2011-ci ildə Portuqaliyanın “Maritimo” (1 oyun) klublarına icarəyə verilib. O, 2011/12 mövsümündə Yunanıstanın OFİ klubunun şərəfini qoruyub. Mantsios ada təmsilçisinin heyətində 22 oyuna çıxaraq, 7 qola imza atıb.
Cari mövsümdən "Bakı"nın heyətinə cəlb olunan Vangelisin boyu 1,91 metr, çəkisi 81 kq-dır. Mantsios 2006-cı ildə Yunanıstan milli komandasında debüt edərək, 7 oyun keçirib.

0
0