“Neftçi” – “Bakı” matçı təxirə düşdü
01.08.2012 - 15:47
Premyer Liqanın ilk turunda dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, avqustun 5-də keçirilməli olan “Neftçi” – “Bakı” oyununun təxirə salınmağı rəsmiləşib. Peşəkar Futbol Liqası “Neftçi”nin Çempionlar Liqasında mübarizəni davam etdirməsini nəzərə alaraq, ilk turdakı matçının təxirə salınması barədə qərar qəbul edib. Çempionumuz avqustun 1-i və 8-də İsrailin “Hapoel" (Kiryat-Şmone) klubu ilə oynayacaq.
Təqvimdə baş verən dəyişiklik nəticəsində “Bakı" çempionatda ilk oyununa avqustun 10-da çıxacaq. Həmin gün komanda II turda "Simurq"u qəbul edəcək, “Neftçi” isə “Qarabağ”ın qonağı olacaq.
Təqvimdə baş verən dəyişiklik nəticəsində “Bakı" çempionatda ilk oyununa avqustun 10-da çıxacaq. Həmin gün komanda II turda "Simurq"u qəbul edəcək, “Neftçi” isə “Qarabağ”ın qonağı olacaq.
0
0