Fabio Kapello soydaşımıza etimad göstərdi
01.08.2012 - 16:08
Millimizin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının yeni baş məşqçisi Fabio Kapello ilkin heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis avqustun 15-də Fil Dişi Sahili ilə Moskvada keçiriləcək yoldaşlıq görüşünə açıqladığı 36 nəfərlik heyətdə əslən azərbaycanlı olan Aleksandr Səmədova da yer verib. Bununla, ötən seçmə mərhələdə yığmaya çağırılsa da, son Avropa çempionatına aparılmayan 28 yaşlı soydaşımızın qayıdışı reallaşır.
Kapello 23 nəfərlik heyətlə bağlı son seçimini avqustun 6-da edəcək.
Kapello 23 nəfərlik heyətlə bağlı son seçimini avqustun 6-da edəcək.
0
0