Vaqif Cavadov “İnter”lə matçda oynamayacaq
01.08.2012 - 16:52
Vaqif Cavadov “İnter”lə matçda oynamayacaq
Premyer Liqanın startına hazırlığını Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda davam etdirən “Qarabağ”da heyətlə bağlı problemləri var. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yeni transfer olan müdafiəçi Hacı Əhmədovla hücumçu Vaqif Cavadovun ilk turda, avqustun 5-də “İnter”lə səfər matçında oynamayacağı dəqiqidir. Vaqifin təxminən 10 günə hazır olacağı gözlənilirsə, Hacının formasını bir qədər gec bərpa etməyi ehtimal olunur.

Qeyd edək ki, “İnter” - “Qarabağ” oyunu “AZAL Arena”da saat 20:00-da başlayacaq.