“Neftçi”nin rəqibi universitetə gedir
15.08.2012 - 13:41
“Neftçi”nin rəqibi universitetə gedir
Avropa Liqasının IV təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi ilə qarşılaşacaq Kiprin APOEL klubunun avqustun 23-də ilk oyuna hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, Nikosiya təmsilçisi hələlik milli komandaların düşərgəsində olan 8 futbolçusu olmadan hazırlıq keçir. Sabahdan tam heyətlə məşq edəcək APOEL hazırlıq üçün Kipr Universitetinə yollanacaq. Bu da onunla bağlıdır ki, təhsil ocağının meydanı süni örtüklüdür. Bakıdakı “Dalğa Arena”da süni örtükdə oynayacaq kiprlilər müvafiq qazonda hazırlaşmağı zəruri sayıb.