“Neftçi” sözünün ağası olmadı
16.08.2012 - 14:54
“Neftçi” sözünün ağası olmadı
“Peşəkar futbolçuyam və klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubundan qovulan makedoniyalı müdafiəçi İqor Mitreski deyib.

Transferə çıxarılan arxa xətt oyunçusu bildirib ki, artıq əsas heyətə qaytarılır: “İki həftə əvəzedici heyətlə məşq edib, orada bir neçə matçda oynadım. Lakin sonradan klubun hələ də mənə güvəndiyi bildirildi. Mənim adım Avropa Liqasının Kipr APOEL-i ilə oyunlara da sifariş olunub. Menecerim də klub prezidenti ilə söhbət edib. Karyeramın necə davam edəcəyi də yaxın günlərdə bilinəcək”.

Qeyd edək ki, bu xəbəri yayan makedoniyalılar Azərbaycan çempionunun müdafiəçiyə olan ehtiyacını yazının adında da əks etdirib: “Neftçi” Mitreskisiz ola bilməz”.