Popoviç “Turan”da! Ramim də gəlir
17.08.2012 - 10:31
Mikayıl Yusofovla yollarını ayıran “Turan” özünə yeni qapıçı tapıb. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisi yığmanın da formasını geyinən Andrey Popoviçlə anlaşıb.
Yusifovun gedişindən sonra Rauf Mehdiyevin “Turan”ın qapısını qoruyacağı gözlənilsə də, onun yüksək maaş istəməsi keçidin baş tutmasına mane olub. Buna görə də əyalət təmsilçisi “Bakı”nın qolkiperi Popoviçi icarəyə götürüb. Ötən mövsümü “Sumqayıt”ın heyətində keçirən və yığmanın toplanışlarına gəlb edilən qapıçı son iki turu “Bakı”nın əvəzedici komandasında keçirib.
“Turan”ın transferləri bununla bitmir. Sergey Çernışevi də göndərməyə hazırlaşan baş məşqçi Əsgər Abdullayev sabiq yetirməsini sərəncamında görmək istəyir. Söhbət Fabio Luis Ramimdən gedir. Yayda Türkiyə klublarından birində baxışda olan, amma son anda bəyənilməyərək geri qaytarılan yarımmüdafiəçi hazırda klubsuzdur.
“Bakı” ilə məşq edən braziliyalının sabiq baş məşqçisinin yanına yollanacağı gözlənilir. Yeri gəlmişkən, Ramim Azərbaycanda ən yaxşı illərini məhz Abdullayevin rəhbərliyi altında keçirib. Həmin vaxt “Olimpik” adlanan indiki AZAL-ın baş məşqçisi olmuş Əsgər Abdullayev Ramimin “MKT-Araz”dan keçidini istəmişdi.

0
0