La Liqada çılğın matç: “Barselona” şou ilə başladı
22.08.2012 - 00:53
La Liqada çılğın matç: “Barselona” şou ilə başladı
İspaniya La Liqasında I turun oyunlarına start verilib. Apasport.az saytının xəbərinə görə, son çempion “Real” mövsümə xal itkisi ilə başlayıb. Madrid təmsilçisi öz meydanında “Valensiya” ilə görüşdə qələbə hesabını saxlaya bilməyib.

“Kral klubu”nun əzəli rəqibi “Barselona” isə öz meydanında “Real”ı (Sosyedad) darmadağın edib ki, vurulan 5 qoldan ikisinə Lionel Messi imza atıb.

Turun ən dramatik oyunu isə Bilbaoda keçirilib. Yerli “Atletik”in qonağı olan “Betis” fasiləyədək meydan sahiblərini darmadağın edib - 3:0. “Atletik” ikinci yarıda əsl əzmkarlıq göstərərək, hesabı bərabərləşdirməyi bacarıb. Ancaq qonaqlar son 10 dəqiqədə daha 2 qol vuraraq, 5:3 hesablı qələbə qazanıb.

“Selta” – “Malaqa” – 0:1
“Sevilya” – “Hetafe” – 2:1
“Malyorka” – “Espanyol” – 2:1
“Atletik” – “Betis” – 3:5
“Real” (Madrid) – “Valensiya” – 1:1
“Barselona” – “Real” (Sosyedad) – 5:1
“Levante” – “Atletiko” - 1:1

20 avqust
“Deportivo” – “Osasuna” - 2:0
“Rayo Valekano” – “Qranada” - 1:0

21 avqust
“Saraqosa” – “Valyadolid” - 0:1