Kandelaki: Mən Sadionu təhqir etməmişəm
20.08.2012 - 01:25
“İnter” klubunun futbolçusu İlya Kandelaki Premyer Liqanın III turunda “Xəzər Lənkəran”la oyunda yaranan qalmaqal barədə danışıb. Apasport.az saytının xəbərinə görə, gürcüstanlı legioner “ağ-yaşıllar”ın malili yarımmüdafiəçisi Sadio Tounkaranı təhqir etmədiyini bildirib: “Bilirsiniz ki, “Xəzər-Lənkəran”la qarşılaşma həmişə gərgin keçir. Oyundan sonra meydanda mənimlə Sadio Tounkara arasında yaşanmış mübahisəni təhqir kimi yox, anlaşılmazlıq kimi qiymətləndirmək lazımdır. Mən Avropa klublarında müxtəlif irqlərə məxsus futbolçularla oynamışam və kimsəni də dərisinin rənginə görə təhqir etməmişəm. “İnter” beynəlmiləl komandadır və dərimizin rəngindən asılı olmayaraq, bir-birimizə həmişə hörmətlə yanaşırıq”.
0
0