“Bakı” ikinci oldu
20.08.2012 - 01:31
“Bakı” ikinci oldu
"Bakı"nını çimərlik futbolu üzrə komandası Belarusun Vitebsk şəhərində təşkil olunan III beynəlxalq “Dostluq kuboku” turnirində iştirak edib. Apasport.az-ın klubun saytına istinadən xəbərinə görə, təmsilçimiz 8 komandanın qatıldığı yarışda finala kimi irəliləyib.

“Zolaqlılar” yalnız həlledici matçda meydan sahibi Belarus yığmasına uduzub - 3:5.

Turnirə Polşa, Latviya, Litva kimi milli komandalar, Belarusun BATE və “Qomel”, eləcə də Rusiya klubları qatılıb.

Yarışın ən yaxşı qapıçısı "Bakı"nın üzvü Elçin Qasımov, ən yaxşı ikinci bombardiri isə komandanın futbolçusu Orxan Məmmədov olub.