Cavid Hüseynov oynadı, komandası uduzdu - FOTO
20.08.2012 - 01:44
Cavid Hüseynov oynadı, komandası uduzdu - FOTO
Milli komandamızın futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Dəmirspor” klubu növbəti yoxlama matçını keçirib. Apasport.az saytının xəbərinə görə, Boluda “Balıkesirspor”la qarşılaşan həmyerlimizin komandası meydanı məğlub tərk edib. Hüseynovun ilk “11-lik”də yer aldığı qarşılaşmada “Adana Dəmirspor” 0:1 hesabı ilə uduzub.

Xatırladaq ki, “Adana Dəmirspor” Türkiyə I Liqasında mübarizə aparacaq.