“Dəfələrlə getmək fikrinə düşmüşəm” - MÜSAHİBƏ
20.08.2012 - 09:25
Madrid Fernando Torresi dünya futboluna bəxş edəndə heç kim onun bir gün ulduza çevriləcəyini təsəvvür etmirdi. Əsrin əvvəllərində "Atletiko"nun simvolu halına gələn bu futbolçu hər kəsdən əvvəl dünya ulduzlarını heyətə gətirməyi adət etmiş "Real"ın diqqətini çəkmişdi. Amma sözsüz ki, Torres heç vaxt "Real"da oynamazdı. Özü də belə demişdi. O, pul müqabilində komandasını əzəli rəqibinə dəyişmədi. Amma "Atletiko"da da qalmadı.
Daha böyük uğurlar və çempionluqlar yaşamaq üçün İngiltərə üz tutdu. "Liverpul"un "qol maşını"nına çevrilən Torres yüksəldikcə yüksəldi. Amma mersisaydlar Roman Abramoviçin 50 milyon funt-sterlinqlik təklifinə "yox" deyə bilmədi. Fernando indi "zadəgan"dı. Amma o, bir gün mütləq "Atletiko"ya qayıdacaq.
- Əvvəllər "Çelsi"də indiki qədər forma şansı verilmirdi. Bu il necə olacaq?
- Keçmiş keçmişdə qaldı. "Çelsi"yə təzə gələndə yeni komanda, yeni məşqçi, yeni insanlar və s. məni çaşdırmışdı. Lakin bütün o çətin anlar məni daha da gücləndirdi və şəxsiyyətimi formalaşdırdı. Əlbəttə, insanlar sizə güvənməyə bilər, amma vaxt keçdikcə hər şey qaydasına düşür. Təzə gələndə Paulo Fereyra mənə çox kömək edib.
- Demək olar ki, ötən mövsüm Premyer Liqadan başqa bütün mümkün kubokları qazandınız...
- Bəli. Amma bu, təkcə mənim qələbəm deyil. Kuboku mən yox, "Çelsi" qazandı, eləcə də İspaniya Avropa kubokuna sahib çıxdı. Çempionlar Liqasında yenidən qalib olmaq istəyirəm. Bu, əla hiss idi. Təbii ki, Premyer Liqanı da yaddan çıxarmaq olmaz.
- "Çelsi" sizə uyğun komandadı?
- "Çelsi" göründüyü kimi klub deyil. Məşqçilər insana daha çox yardım edirlər. Burada böyük futbolçu olmaq mümkündü. Amma əvvəlcə öz oyununu tapmalısan. Mən hələ burada qalmağı düşünürəm. Komanda yoldaşlarımla aram yaxşıdı. Burada elədiklərim də əvəzsiz qalmır. Bütün bunları nəzərə alsaq, "Çelsi"nin mənə uyğun olduğunu deyə bilərəm.
- Droqba ilə oynamaq xoşuna gəlirdi, yoxsa indi yaxşıdı?
- Bilmirəm. Hələ təzə variantın necə olacağından xəbərdar deyiləm. Əvvəllər bir-birimizi əvəzləsək də, sonradan Droqba ilə oyun sistemimiz alınırdı. Bir-birimizi şifahi başa düşürdük. Həqiqətən onun qolçuluğuna söz ola bilməzdi. Gücünü və texnikasını birləşdirəndə rəqibi tapdalayırdı.
- Etiraf edək ki, "Çelsi" azrkeşlərinin hamısı sizi sevmir. Bu, sizə necə təsir bağışlayır?
- Mən təzə gələndə uyğunlaşma problemi yaşayırdım. Özümü tam göstərə bilmirdim. Ona görə məni bəyənmirdilər. Amma onlar mənə çox kömək edib. Mən ispan təfəkkürlüyəm, ilk növbədə azarkeşlərin könlünə yol tapmaq istəyirəm. Burada vəziyyət bir az fərqlidi. Dəfələrlə getmək fikrinə düşmüşəm. Amma azarkeşlərin haqqımda nə düşünəcəyini bilmək məni fikrimdən daşındırıb.
- Siz milli komandada baş məşqçi Visente del Boske tərəfindən dəstəkləndiyinizi hiss edirsiz?
- Bəli. Avropa çempionatındakı çıxışdan sonra onun mənə inamı daha da artıb. "Qızıl buts"u almaqla onu çox sevindirdiyimi söyləmişdi. Avro-2012 öncəsi zədəli idim. Əslində, o, məni heyətə çağırmaya da bilərdi. Amma daim mənə güvəndiyini göstərdi. Kifayət qədər yaxşı deyildim, ancaq sonra oyun səviyyəmi bərpa elədim.
- Əbədi olaraq hiss elədiyiniz yer varmı?
- Madrid. Mən "Atletiko"ya aidəm. Ora həyatımın bir parçasıdı. Futbola aid heç nə bilməyəndə onlar qapılarını üzümə açıblar. "Atletiko"dan ayrılanda nə vaxtsa ora qayıdacağımı söz verərək çıxmışam. Madriddə yaxın dostum Xabi Alonso var. Onunla şəhərin küçələrinlə gəzər, pivə içərdik. Ailəm də Madridi çox sevir.
- Bəs sizin üçün karyera önəmlidi, yoxsa həyatınız?
- Həyatını yaxşı qurmaq üçün karyeranı yaxşı qurmalısan. Futbolçu üçün həyat karyeradan asılıdı. Mən ailəmin gələcəyini təmin etmək üçün bu addımları atmışam.
- Yığmanız Avropa çempionatında qalib olsa da, olimpiya oyunlarında qrupdan çıxa bilmədi...
- Bu, futboldu. Olimpiadada gənclər oynayır. Onların fiziki tərəfi yaxşı olsa da, texnika baxımından təcrübəsizdilər. Onlar hələ gəncdilər. Gələcəkdə hər biri özünəməxsus yer tutacaq. Məncə, London olimpiadası üçün təəssüflənməyə dəyməz. Axı, biz son dünya və Avropa çempionuyuq.
- Londondakı həyatını sevirsiniz?
- "Çelsi" "Atletiko" deyil. Burada hələ qazanmalı olduğum o qədər kubok var ki. Mənim üçün əsas ailəmin xoşbəxtliyidi. Onsuz da tətillərdə İspaniyaya gedirik. Xuan Mata da buradadı. İngilis dilini bildiyim üçün ünsiyyət problemim də yoxdu. İndi uşaqları Londonda məktəbə qoymuşam. Bütün bunlara fikir verin. Görün, mənim Londonda xoşbəxt yaşamağım üçün nə qədər səbəb var.

0
0