Ramin Musayev barmaq silkələdi
20.08.2012 - 19:09
Ramin Musayev barmaq silkələdi
“Bütün stadionlarda oyunlar başa çatdıqdan sonra mühafizəçilər, ehtiyat oyunçular və digərləri meydançaya daxil olurlar. Bunu böyük qəbahət hesab etmək olmaz. Lakin bu o demək deyil ki, kimsə kimisə söyməli, təhqir etməli və ya kimsə kiməsə sillə-təpik atmalıdır". Apasport.az saytının xəbərinə görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Musayev Premyer Liqanın III turunda "AZAL Arena"da keçirilmiş "İnter" - "Xəzər Lənkəran" matçından sonra baş verənləri kəskin pisləyib. PFL rəhbəri hadisə ilə əlaqədar lazımi tədbir görüləcəyini bildirib: "Bizdə “İnter” və “Xəzər Lənkəran” komandaları arasında keçirilən bu oyununun videogörüntüləri var. Videogörüntülər diqqətlə izləniləcək və qalmaqalda iştirakı olan hər bir şəxs öz hərəkətinə görə cavab verəcək”.

Olimpiya.az