Qvardiola “Barselona”nın şansını dəyərləndirməkdən imtina etdi
21.08.2012 - 09:25
Qvardiola “Barselona”nın şansını dəyərləndirməkdən imtina etdi
“Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola İspaniya çempionatının startını şərh edib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm bitəndən sonra istefa verərək, işsiz olan 41 yaşlı ispaniyalı mütəxəssisin keçmiş komandasının ilk turunda çıxışına münasibətini bilmək maraqlı olardı.

Ancaq Qvardiola köməkçisi Titi Vilanovanın çalışdırdığı “Barselona” ilə onun əzəli rəqibi “Real”ın turnir perspektivini şanslarını dəyərləndirməkdən imtina edib: “Mən indiyə kimi futbola əsasən məşqçi kimi baxıram ki, hansı ki öz həmkarlarının işini qiymətləndirir. Kimin çempionluğa şansının daha çox olmağı haqda danışmaq hələ düzgün deyil. Həm “Real”, həm də “Barselona” möhtəşəm futbolçuları ilə əla komandalardır. Onların turnir perspektivlərini dəyərləndirmək hələ tezdir. Komandalara heç olmasa 10 oyun keçirməyə imkan verin”.

Qeyd edək ki, mövsümə evdə başlayan “Barselona” ilə “Real” fərqli nəticə göstəriblər. Qvardiolanın keçmiş komandası “Real Sosyedad”ı 5:1 hesabı ilə darmadağın etdiyi halda, madridlilər “Valensiya” ilə oyunda xal itirib – 1:1.