Üç cəhddə Ronaldoya çatdı
21.08.2012 - 10:40
Üç cəhddə Ronaldoya çatdı
Kriştianu Ronaldonun Madrid “Real”ın heyətində vurduğu qollara görə çatan futbolçu tapılıb. Apasport.az saytının məlumatına görə, Qonsalo İquaninin “Kral klubu”nun İspaniya çempionatında vurduğu ilk qolu onun üçün əlamətdar olub. Belə ki, qollarının sayını 104-ə çatdıran argentinalı hücumçu portuqaliyalı həmkarına çatıb. Özü də Qonsalonun “Valensiya” ilə 1:1 hesabı ilə nəticələnən ev oyununda topu qapıdan 3 cəhddən keçirə bilib ki, əvvəlki 2 həmlələri rəqib qapıçı qaytarıb.

Ronaldonun üstünlüyü ondadır ki, 104 qolu 177, İquain isə 221 oyunda vurub. Argentinalı “Real”da ilk dəfə 2007-ci ilin fevralında Madrid derbisində - “Atletiko” ilə “Visente Kalderon”la keçirilən oyunda fərqlənib.