Azərbaycana aparılmayan futbolçuda dopinq aşkar edildi
21.08.2012 - 14:00
Azərbaycana aparılmayan futbolçuda dopinq aşkar edildi
UEFA-nın Nizam-İntizam Komitəsi Makedoniyanın “Rabotniçki” klubunun 2 futbolçusu - Milovan Petroviçlə Dino Naydoskinin hər birini 1 illik cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb hər 2 makedoniyalı futbolçuda dopinqin aşkar edilməyidir. Onlardan hələ ötən ilin avqustun 18-də Avroliqada “Latsio”ya evdə 0:6 hesabı ilə uduzduqları matçdan sonra götürülən analiz müsbət nəticə verib. Həmin cəzadan 45 gün ilkin diskvalifikasiya müddətində çəkildiyindən çıxılıb.

Bu işlərdə əli olan klubun fizioterapevti Darko Velçevski ilə həkim Mihaylo İvanovskiyə müvafiq olaraq 3 və 2 il istənilən futbol fəaliyyəti ilə məşğul olmaya qadağa qoyulub. UEFA qərarla bağlı FİFA-ya sorğu göndərib ki, bu da cəzanın dünyanın digər futbol konfederasiyalarının qəbul etmələri ilə bağlıdır.

Bundan əlavə, “Rabotniçki” UEFA bayrağı altında qarşıdakı 4 mövsümdə çıxış etmək hüququ qazanarsa, bunun birini buraxmalı olacaq. Bu cəza 4 il sınaq müddəti olmaqla şərti xarakter daşıyır. Skopye klubu həmçinin 30 min avro cərimə ödəməli olacaq. Qərar açıqlanan andan 3 sutka ərzində apelyasiya verilə bilər.

Qeyd edək ki, cəzalanan futbolçulardan Naydoski 2008-ci ildə Çempionlar Liqasında Bakının “İnter” klubu ilə oyunlar öncəsi “Rabotniçki”dən kənarlaşdırıldığından, ölkəmizə aparılmamışdı.