Millimiz Ukrayna futbolçularını darmadağın etdi
21.08.2012 - 18:41
Millimiz Ukrayna futbolçularını darmadağın etdi
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Sissi Raytın yetirmələri Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Çerniqov şəhərində yoldaşlıq oyununa çıxıb. Ukraynanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız rəqibini 5:1 hesabı ilə darmadağın edib. Yığmamızın heyətində Nigar Cəlilli dubl edib. Digər qolları Süsən Mənsimova, Leyla Solmaz və Maya Danqadze vurub.

Mənbə: affa.az