Yığmamız Moldovada məğlub oldu
21.08.2012 - 21:08
Yığmamız Moldovada məğlub oldu
Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Moldova U-19 komandası ilə yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Moldova Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində keçirilmiş oyunda yığmamız 0:2 hesabı ilə məğlub olub. Avqustun 23-də, Bakı vaxtı ilə saat 19:00-da bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.

Mənbə: affa.az