Palanqada ilk oyunda ilk qələbə
21.08.2012 - 21:12
Palanqada ilk oyunda ilk qələbə
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Latviyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Ülvü İbazadə və Mirkamil Haşımlı vurub.

Yığmamız turnirdə ikinci oyununu avqustun 25-də, Bakı vaxtı ilə saat 17:30-da belaruslu həmyaşıdlarına qarşı keçirəcək.

Mənbə: affa.az