Təbriz Həsənov: Rəqib bizə hava mübarizələrində çətinlik yaradırdı
22.08.2012 - 08:17
“Gərgin oyun oldu. Qol imkanlarımız çox olsa da, onların ikisindən yararlana bildik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşlılardan ibarət yığmasının baş məşqçisi Təbriz Həsənov deyib. Onun rəhbərlik etdiyi komanda Litvanın Palanqa şəhərində təşkil olunmuş beynəlxalq turnirə Latviya yığması üzərində 2:0 hesablı qələbə ilə başlayıb.
Həsənov AFFA-nın rəsmi saytına açıqlamasında oyunu dəyərləndirib: “Rəqib əsasən bizə hava mübarizələrində çətinlik yaradırdı. Bununla belə, turnirin ilk oyununda qələbə qazana bildik”.
Qeyd edək ki, yığmamız turnirdə ikinci oyununu avqustun 25-də Bakı vaxtı ilə saat 17:30-da belaruslu həmyaşıdları ilə keçirəcək.

0
0