Vəli Qasımov: Heyətlə bağlı müəyyən problemlərimiz var idi
22.08.2012 - 08:24
“Ümumilikdə, pis oynamadıq. Təəssüf ki, yaratdığımız təhlükəli epizodlarda qol vura bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının (U-19) baş məşqçisi Vəli Qasımov deyib. Yığmamız Moldovanın U-19-su ilə səfərdə keçirdiyi ilk yoldaşlıq görüşündə 0:2 hesabı ilə uduzub.
Qasımov affa.az saytına açıqlamasında məğlubiyyətə şərh verib: “Moldova yığmasının qol imkanları az olsa da, iki standart vəziyyətdə fərqlənməyi bacardılar. Heyətlə bağlı müəyyən problemlərimiz var idi. Növbəti oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq”.
Qeyd edək ki, yığmamız həmin rəqiblə Moldovada 2-ci yoxlama matçını sabah Bakı vaxtilə saat 19:00-da keçirəcək.

0
0