“Bakı”nın futbolçusu Tunis yığması ilə rəsmi oyuna dəvət aldı
22.08.2012 - 09:17
“Bakı”nın futbolçusu İbrahim Karqbo Syerra-Leone milli komandasına dəvət alıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Tunis yığması ilə rəsmi oyunda forma geymək şansı qazanıb. Bu matç Afrika Millətlər Kubokunun seçmə oyunudur. Oyun sentyabrın 8-də Syerra-Leonenin paytaxtı Fritaunda baş tutacaq.
0
0