APOEL-in futbolçusu: “Neftçi”ni keçmək üçün hər şeyi edəcəyik
22.08.2012 - 09:47
“Neftçi” ilə oyun asan olmayacaq. Rəqib Azərbaycan çempionudur. Onların gücünü düzgün qiymətləndirməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kiprin APOEL klubunun futbolçusu Səlim Benaçour deyib.
Vaxtilə PSJ, “Rubin”, “Malaqa” kimi klublarda oynamış Tunis milli komandasının yarımmüdafiəçi Avropa Liqasının IV təsnifat mərhələsinin sabah Bakıda keçiriləcək “Neftçi” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Biz məşqimizin dediyi kimi oynayacağıq. Süni örtüklü meydançada oynamaq heç də asan deyil. Biz belə örtüyə öyrəşməmişik. Bakıda bacardığımızın 100 faizini ortaya qoyacağıq. “Neftçi”ni keçmək üçün hər şeyi edəcəyik”.

0
0