“Hapoel” Belarusda, “Anderlext” Kiprdə büdrədi
23.08.2012 - 00:39
“Hapoel” Belarusda, “Anderlext” Kiprdə büdrədi
Çempionlar Liqasında IV təsnifat mərhələsinin ilk görüşləri keçirilib. Apasport.az saytının xəbərinə görə, 2-ci oyun günündə baş tutan 5 qarşılaşma meydan sahibləri üçün uğurlu alınıb.

Azərbaycan azarkeşləri üçün daha maraqla gözlənilən matç Belarusda oynanılıb. Belə ki, “Neftçi”ni mübarizədən darmadağınla kənarlaşdıran “Hapoel”in (İsrail) BATE ilə sınaqdan necə çıxacağı maraq doğururdu.

Belarus təmsilçisi bu qarşılamada sensasiyaya imkan verməyərək, 2:0 hesablı qələbə qazanıb. “Neftçi”nin digər qənimi – vaxtilə “ağ-qaralar”ın qapısından 5 cavabsız top keçirmiş “Anderlext” də ilk qarşılaşmanı məğlub başa vurub. Belçikalılar Kiprdə AEL-ə 1:2 hesabı ilə uduzublar.

Çempionlar Liqası
IV təsnifat mərhələsi, ilk oyunlar


AEL (Kipr) – “Anderlext” (Belçika) - 2:1
Dossa Junior, 34; Rui Mikel, 72 - Mbokani, 62

BATE (Belarus) – “Hapoel” (Kiryat-Şmona, İsrail) - 2:0
Vitali Radionov, 29; 79

“Braqa” (Portuqaliya) – “Udineze” (İtaliya) - 1:1
Goncalves dos Santos, 68 - Dusan Basta, 23

“Dinamo” (Xorvatiya) – “Maribor” (Sloveniya) - 2:1
Duje Cop, 10; 74 - Milan Badelj, 39 (avtoqol)

“Malaqa” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) - 2:0
Demişelis, 17; Eliseu, 34


21 avqust

“Spartak” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) – 2:1
Emmanuel Emenike, 59, Dmitri Kombarov, 69 – Dirk Kuyt, 65

“Borussiya” (Mönhenqladbaxt, Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:3
Aleksander Rinq, 13 – Taras Mixalik 28, Andrey Yarmolenko, 36, Lük de Yonq, 81-öz qapısına

“Helsinqborq” (İsveç) – “Seltik” (Şotlandiya) – 0:2
Kris Kommons, 2, Georgios Samaras, 75

“Kopenhagen” (Danimarka) – “Lill” (Fransa) – 1:0
Sezar Santin, 38

“Bazel” (İsveçrə) – ÇFR (Rumıniya) – 1:2
Marko Ştreller, 44 – Modou Soqou, 66, 71