Sxadadze yubileyə hazırlaşır
22.08.2012 - 10:47
Sxadadze yubileyə hazırlaşır
Azərbaycan Premyer Liqasının IV turu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olacaq. Apasport.az saytının xəbərinə görə, gürcüstanlı mütəxəssis komandasını ölkə çempionatında 100-cü – yubiley matçına çıxaracaq.

2009-cu ilin yayından paytaxt təmsilçisini çalışdıran Sxadadze arxada qalan 3 mövsümün hərəsində 32 oyunda “İnter”ə rəhbərlik etmişdi. Cari mövsümün ilk 3 oyunundan sonra matç sayını 99-a çatdıran mütəxəssis “Turan”la səfər oyununda 100-cü qarşılaşmasını qeyd edəcək.

2009/10  

32  

17  

10  

5  

47-27  

61

2010/11

32

13

10

9

29-24

49

2011/12

32

16

8

8

29-18

56

2012/13

3

0

2

1

1-2

2

 

99

46

30

23 

106-71  

168



Qeyd: texniki məğlubiyyət top fərqinə daxil edilməyib.