APOEL 1 nömrəsini “Neftçi” ilə oyuna gətirmir
22.08.2012 - 11:04
APOEL 1 nömrəsini “Neftçi” ilə oyuna gətirmir
Avropa Liqasının IV təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan APOEL ölkəmizə 22 futbolçu ilə gəlir. Apasport.az saytının məlumatına görə, Nikosiya təmsilçisinin baş məşqçisi İvan Yovanoviç Bakıdakı ilk qarşılaşmada yalnız bu sayda futbolçunun xidmətindən yararlanacaq.

Sabahkı görüş üçün ölkəmizə gələcək oyunçular arasında kifayət qədər təcrübəlilər də yer alıb.

Qapıçılar: 88. Tasos Kissas, 22. Dionisis Çiotis, 78. Pardo Urko Rafael

Müdafiəçilər: 15. Marios Antoniades, 30. Fransisko dos Santos Zuela, 27. Borda Etksezarreta Haritz, 5. Maykl Klukovski, 19. Marios Elia, 28. Mario Serjio, 25. Andreas Hristofidis

Yarımmüdafiəçilər: 11. Nektariya Aleksandrou, 10. Konstantinos Xaralambides, 12. Aldo Adorno, 17. Marinos Satsias, 18. Benaçour Səlim, 23. Ribeyro Pinto Helio, , 26. Nuno Moraiş, 31. Souza Elder Bruno, 40. Mark Haralambus, 77. Atos Solomou

Hücumçular: 7. Mario Budimir, 46. Efstazios Aloneftis.

Adı iştirak ərizəsində olan, lakin Bakıya gətirilməyənlər arasında Ailton, Manduka, Solari kimi simalar, həmçinin komandanın 1 nömrəsi Konstantinu da var: 8. Almeyda Ailton, 1. Panos Konstantinu, 21. Qustavo Manduka, 9. Esteban Solari, 77. Losos Tsvetov, 32. Kiriakos Korolevstvo, 33. Pantelis Vasiliu.

Kiprli həmkarlarımızın fikrincə, saat 21:00-da başlayacaq qarşılaşmada Çiotis, Aleksandrou Borda, Zuela, Aloneftis, Adorno, Pinto, Serjio, Moraiş, Xaralambides və Benasçourdan ibarət “11-lik”lə çıxacağını iddia edir.