Bred Din: Azərbaycanla oyunda işimiz asan olmadı
22.08.2012 - 11:13
“Oyunun əvvəlində axmaq basketbol nümayiş etdirməyə başladıq. Bu heç də bizim ürəyimizcə deyildi”. Apasport.az saytının məlumatına görə, bunu kişi basketbolçulardan ibarət İsveç millisinin baş məşqçisi Bred Din deyib.
O, Avro-2013-ün seçmə mərhələsində Azərbaycan yığmasına 96:79 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: “Azarkeşlərin dəstəyi sayəsində oyunda dönüş yaratmağı bacardıq. Bundan sonra Azərbaycan yığması müqavimət göstərdiyindən, işimiz o qədər asan olmadı. Rəqibin bir neçə dəqiq atışı işimizi daha da çətinləşdirdi. Lakin sonda qalib gələ bildik. Ceysi Kerroll 27 xal topladı. Buna baxmayaraq, bizim bütün basketbolçular ona qarşı mümkün qədər yaxşı oynadılar. Kerroll Avropanın ən yaxşı basketbolçusudur. O, bunu bizimlə oyunda da sübut etdi. Lakin yekunda qələbə qazana bildik”.

0
0