“FİFA və UEFA-ya müraciət edəcəm”
22.08.2012 - 11:53
“Kəpəz” klubundan kənarlaşdırılan serbiyalı futbolçu Lyuba Baraninin apasport.az saytına müsahibəsi
- “Kəpəz”dən niyə kənarlaşdırıldınız?
- Məni kənarlaşdırmayıblar, özüm getmişəm. Rəhbərliklə söhbətim olub. Agentimə müqavilə ilə mənə çatacaq pulu ödəmək istəmədiklərini deyiblər.
- Səbəb kimi nə göstəriblər?
- Maddi problemləri var. “Kəpəz” cari mövsümdə uğursuz çıxış edir və legionerlərin pullarını vermədilər. Bildiyimə görə, gürcüstanlı qardaşlar Qoqa və İrakli Berayalar da artıq komandada deyillər.
- “Kəpəz”də mövsümlərarası fasilədə də maddi problemlər var idi?
- Yox. Onda hər şey qaydasında idi. Klub prezidenti ilə söhbətim oldu. Dedi ki, komandaya gec gəlmisən, bir az, 1-2 həftə gözlə. Mən də “problem yoxdur” deyib, gözlədim. Ancaq pulumu ala bilmədim.
- İndiyədək pul almamısınız?
- Xeyr. 3 həftədir gözləyirəm, komandanın zəif çıxış etdiyini əsas gətirərək, pulumu vermirlər. Ancaq bu, peşəkarlıq deyil, futbolçuya qarşı hörmətsizlikdir. Çünki klub futbolçu ilə imzaladığı müqavilənin şərtlərini yerinə yetirib, ona çatacaq pulu ödəməlidir.
- “Kəpəz” cari mövsüm keçirdiyi hər 3 oyunda uduzub. Bunun səbəbini nədə görürsünüz?
- Komanda zəifdir, digərləri səviyyəsində deyil. Bu, kənardan dərhal görünür. “Xəzər Lənkəran” və AZAL-a səviyyəmiz aşağı olduğundan uduzduq. Yalnız ilk turda evdə “Turan”a qalib gəlmək gücündə idik. Ancaq hesabda irəli olduğumuz oyunda sonradan 2 top buraxdıq. “Kəpəz”ə növbəti turda da çətin olacaq. “Bakı” ilə çətin səfər oyunu var.
- Yeni baş məşqçi Mahmud Qurbanovla söhbətiniz olub?
- Yox. Onu “Qəbələ”də çıxış etdiyim vaxtdan tanıyıram. Həmin vaxt bir-birimizə qarşı oynamışıq. Bildiyimə görə, baş məşqçi kimi debüt edir.
- “Kəpəz”dəki çıxışınızı necə dəyərləndirərdiniz? Sizi zəif oynamaqda günahlandırdılar?
- Mən ötən mövsümün sonunda “Qəbələ”də gedəndən sonra 3-4 tur oynamamışdım. Cari mövsümdə “Kəpəz”in heyətində hər 3 oyunda iştirak etmişəm. Oyunum “Qəbələ”də olduğu kimi alınmırdı. Əgər komanda zəif oynayırsa, mən tək yaxşı oynaya bilmərəm. Futbol komanda idman növüdür və uğur qazanmaq üçün meydanda 11 nəfərin hamısının yaxşı çıxış etməyi vacibdir.
- Klubdakı şərait necə idi?
- “Qəbələ” ilə müqayisədə böyük fərq var. Orda şərait daha yaxşı idi. Ancaq “Kəpəz”də bu, yoxdur. Halbuki, Gəncə böyük şəhərdir və inanmıram ki, orada futbolun inkişafına kömək etməyən insanlar olmasın. Gələcək hər şeyi göstərəcək.
- “Kəpəz”ə gəldiyinizə görə peşmansınız?
- Mənim mövsümlərarası fasilədə bir neçə variantım vardı. Ancaq uzun müddətdir Azərbaycanda oynadığımdan burada qalmaq istədim. Buna görə də “Kəpəz”in təklifini qəbul etdim. İstənilən halda, məni komandaya dəvət etdiyinə görə sabiq baş məşqçi Fuad İsmayılova minnətdarlıq edirəm. “Kəpəz”də bir neçə futbolçu dostum var və onlara hörmət bəsləyirəm. Bura böyük ümidlərlə gəlmişdim. Ancaq münasibəti görəndən sonra gəldiyimə görə indi çox peşmanam.
- Gələcək taleyinizi necə görürsünüz?
- Hələ 10 gün vaxtım var. “Transfer pəncərəsi” bu ayın sonunda bağlanacaq və həmin vaxta kimi başqa kluba keçə bilərəm.
- Azərbaycanda qalmaq istəyirsiniz? Variantınız var?
- Hələ yoxdur. İlk növbədə “Kəpəz”lə məsələmə aydınlıq gətirməliyəm. Mənim klubda müqaviləm var və hələ pulumu almamışam. Bununla bağlı FİFA və UEFA-ya şikayət edə bilərəm. Ancaq mən elə insan deyiləm. Buna görə də klub rəhbərliyi ilə söhbətimiz olacaq. Əgər mənə azad agent statusu versələr, sərbəst futbolçu kimi istənilən vaxt başqa kluba keçə bilərəm. Həmin vaxt ya Azərbaycanda bir klub taparam, ya da Serbiyaya qayıdıb, orada çıxış edərəm. Əgər transfer vərəqimi ala bilməsəm, beynəlxalq futbol qurumlarına müraciət etməyə məcbur olacağam. Hər şeyi zaman göstərəcək.

0
0