APOEL-in prezidenti ehtiyatlı danışdı
22.08.2012 - 12:00
APOEL-in prezidenti ehtiyatlı danışdı
APOEL klubunun prezidenti Fiv Erotokkritu Avropa Liqasının IV təsnifat mərhələsinin “Neftçi” ilə oyunu haqda fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu gün komandası ilə birlikdə ölkəmizə səfərə gələn Erotokkritu matçın vacibliyini vurğulayıb: “Bu, avrokubokların ən vacib mərhələsidir. Çünki qrupa düşüb-düşməmək məsələsinə aydınlıq məhz bu qarşılaşmalarda gələcək. Çox gərgin oyun olacaq. Düşünürəm ki, meydanda daha istəkli tərəf olsaq, qrupa düşən komanda biz olacağıq”.