İsrail yığmasının futbolçusu Bakıya buraxılmadı
22.08.2012 - 12:43
İsrail yığmasının futbolçusu Bakıya buraxılmadı
İsrail yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində millimizlə oyun öncəsi heyətlə bağlı ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, rəqibin aparıcı müdafiəçisi Rami Qerşon sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda meydana çıxa bilməyəcək. Belçikanın “Standard” klubunun futbolçusu diz nahiyəsində əzələsini dartaraq ciddi zədələnib və bu gün cərrahiyyə əməliyyatı olunacaq.

Raminin əməliyyatdan sonra bərpa prosesi minimum 6 həftə çəkəcək. Bu da 24 yaşlı müdafiəçinin seçmə mərhələnin əvvəlini, millimizlə matçdan 4 gündən sonra Rusiya yığması ilə ev oyununu da buraxacağı deməkdir.

Halbuki Qerşonla İsrail Futbol Federasiyası yığmanın ilk matçlarında iştiraka görə “Standard”dan əməliyyatın vaxtını sonraya təyin etməyi xahiş edib. Ancaq klub rəhbərliyi bununla qətiyyətlə razılaşmayıb.