“Sumqayıt” - əvvəl biabır oldu, sonra cəzalandırıldı
22.08.2012 - 16:22
“Sumqayıt” - əvvəl biabır oldu, sonra cəzalandırıldı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın III turunda baş verən neqativ hallar müzakirə olunub.

“Qarabağ”a oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 1000 manat cərimə edilib. Matçın 20-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Aftandil Hacıyev isə 1 oyunluq cəzalanıb və komandasını 200 manat ziyana salıb. 44-cü dəqiqədə 2-ci sarı vərəqəyə görə meydandan qovulan “Qarabağ”ın üzvü Qara Qarayevın də cəzası eyni olub.

Xatırladaq ki, “Sumqayıt” həmin qarşılaşmada rüsvayçı hesabla uduzmuşdu – 1:6.