Azərbaycan futbolunda 2500 manatlıq söyüş
22.08.2012 - 16:23
Azərbaycan futbolunda  2500 manatlıq söyüş
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunda yol verdiyi hərəkətlər “Rəvan”ın baş məşqçisi Elşad Quliyevə baha başa gəlib. Apasport.az saytının məlumatına görə, “Bakı” ilə qarşılaşmadan sonra hakimləri təhqir edən çalışdırıcı AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalanıb. Qurum onu 5 oyunluq kənarlaşdırıb. Məşqçi həm də 2500 manat cərimə olunub.