“Neftçi” qələbəni əldən verdi - YENİLƏNİB
23.08.2012 - 21:52
Bu gün Avroliqanın IV təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Apasport.az saytının xəbərinə görə, Çempionlar Liqasında (ÇL) çıxışını dayandırdıqdan sonra qitənin ikinci dərəcəli klub turnirinə qatılan “Neftçi” doğma divarlar arasında APOEL-lə qarşılaşıb.
“Dalğa Arena”da keçirilən görüşdə “ağ-qaralar” tarixi qələbəyə yaxın idi. Amma paytaxt təmsilçisinin müdafiə xəttindəki kobud səhvi bunu gerçəkləşdirməyə mane olub.
Belə ki, 82-ci dəqiqədə Mahir Şükürovun dəqiq penalti zərbəsi ilə hesabda öncə çıxan “Neftçi” bu üstünlüyü sonacan qoruya bilməyib. Cəmi 1 dəqiqə sonra APOEL bərabərlik topunu vurmaqla, cavab oyunu öncəsi bir qədər üstünlük qazanıb.
Çünki 1 həftə sonra səfərdə baş tutacaq cavab matçında Nikosiya təmsilçisini qrupa düşməsi üçün qolsuz heç-heçə də qane edəcək.
Avroliqa, IV təsnifat mərhələsi
İlk oyun
“Neftçi” (AZƏRBAYCAN) – APOEL (KİPR) - 1:1
QOLLAR: Mahir Şükürov, 82 (pen) - Selim Benaşur, 83
Baş hakim: Robert Malek
Bakı. “Dalğa Arena” stadionu
"Neftçi": Saşa Stamenkoviç, İqor Mitreski, Rəşad Sadiqov (k), Flavinyo, Julius Vobay, Kanales, Erik Ramos, Bruno Bertuççi, Mahir Şükürov, Cavid İmamverdiyev, Elvin Yunuszadə.
APOEL: Kiotis Dionysios, Mario Bodimir, Konstantios Xaralanbides, Nektarios Aleksandros, Pinto Ribero, Barbosa Molais, Borda Etxezarreta, Leal Noquera, Makedo Souza, Aloneftis Efstatnios, Fransisko dos Santos

0
0